Xəbər verildiyi kimi, bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Artıq 3 gündür ki, növbədənkənar parlament seçkilərində nаmizədlliklərini irəli sürən şəxslərin qeydə alınması prosesi davam edir. Bu müddət avqust ayının 2-si saat 18:00-dək olan dövrü əhatə edəcək.
Sosial şəbəkələrdə yayılan iddialara görə, Azərbaycan Yazıçılarr Birliyinin sədri Anar Rzayev də bu il deputatlığa öz namizədliyini verəcək.
Bizim.Media məsələni dəqiqləşdirmək üçün yazıçının özü ilə əlaqə saxlayıb.
MÖVZU İLƏ BAĞLI:
YAP bütün seçki dairələrindən namizədlər irəli sürəcək
Yazıçı Anar saytımıza açıqlamasında bildirib ki, deputatlığa namizəd olmayacaq:
“Mənə bu barədə neçə dəfə müraciət ediblər, demişəm ki, mənim elə bir fikrim yoxdur. Bu informasiyaları təzədən kim çıxarır, bilmirəm. Sosial şəbəkələrdə yayırlar, deməli başları xarab olub. Mənim deputatlığa namizəd olmaq kimi fikrim yoxdur. “İstəmirəm” söhbəti deyil, sadəcə belə fikrim yoxdur”.
Qeyd edək ki, yazıçı Anar bir neçə ay əvvəl açıqlamalarından birində “Mənə heç kim deputatlığa namizədliyimi irəli sürməyimlə bağlı təklif etməyib. Təklif gəlsə, onda fikirləşərəm...” demişdi.
Nuranə Daxilqızı, Bizim.Media