Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciət edib.
Bu barədə Bizim.Media-ya NİİM-dən məlumat verilib.
Müraciətdə bildirilir ki, yol-nəqliyyat hadisələri baş verdikdə bəzi sürücülər avtomobili saxlayıb hadisəni mobil telefonla qeydə alırlar.
"Müşahidələr göstərir ki, bu kimi hallar tez-tez yaşanır. Nəticədə istər qəzanın baş verdiyi istiqamətdə, istərsə də digər zolaqlarda yolda ciddi sıxlıq yaranır. Bu da bəzən yanğından mühafizə, polis, təcili tibbi yardım və qəza-xilasetmə bölmələrinin avtomobilinin hadisə yerinə vaxtında çata bilməməsi ilə nəticələnir. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edərək həm sıxlığın yaranmaması, həm də qəza zamanı lazımi şəxslərin hadisə yerinə vaxtında gəlməsi üçün bu kimi hallara yol verməməyə çağırır", - deyə müraciətdə deyilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:24 / 16.07.2024
Qəza zamanı avtomobili saxlayıb hadisəni telefonla çəkən sürücülərə MÜRACİƏT
Hazırda oxunan: Qəza zamanı avtomobili saxlayıb hadisəni telefonla çəkən sürücülərə MÜRACİƏT
Hazırda oxunan: Qəza zamanı avtomobili saxlayıb hadisəni telefonla çəkən sürücülərə MÜRACİƏT
202230
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.