Şəhid hərbçimiz Mingəçevirdə dəfn olundu - FOTO

Şəhid hərbçimiz Mingəçevirdə dəfn olundu - FOTO

Hazırda oxunan: Şəhid hərbçimiz Mingəçevirdə dəfn olundu - FOTO

20219

Vətən müharibəsində şəhid olan hərbçimiz Mingəçevirdə dəfn edilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu, kiçik çavuş Tağıyev Pərviz Hafiz oğlunun nəşi Mingəçevir Şəhidlər xiyabanında torpağa tapşırılıb.
 

MÖVZU İLƏ BAĞLI:

İtkin düşən daha bir hərbçimizin şəhid xəbəri gəldi - FOTO


Şəhidlə vida mərasimində hərbçilər, şəhər icra hakimiyyətinin, ictimaiyyətin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.

Dövlət himni səslənib, yaylım atəşi açılıb və şəhid torpağa tapşırılıb.

Qeyd edək ki, Vətən müharibəsində itkin düşən və axtarışları davam edən hərbi qulluqçu, 1990-cı il təvəllüdlü Mingəçevir sakini Tağıyev Pərviz Hafiz oğlunun nəşi Suqovuşan-Tərtər istiqamətində aşkar edilib. (apa)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO