Qubada dərəyə yıxılan turist bədən xəsarətləri alıb

Qubada dərəyə yıxılan turist bədən xəsarətləri alıb

Hazırda oxunan: Qubada dərəyə yıxılan turist bədən xəsarətləri alıb

202174

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Quba rayonunun Qəçrəş kəndi ərazisində bir nəfərin dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Quba Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, qayalıq ərazidə gəzintidə olan şəxs hündürlükdən yıxılaraq təxminən 40 metr dərinliyi olan dərəyə düşüb və müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər polis əməkdaşları ilə birgə bədən xəsarətləri alan şəxsə müvafiq köməklik göstərərək, xüsusi vasitələrin köməyi ilə dərədən təxliyə edib təcili tibbi yardım briqadasına təhvil veriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO