Vətən müharibəsi iştirakçısı olan hərbçimiz intihar etdi – FOTOLAR

Vətən müharibəsi iştirakçısı olan hərbçimiz intihar etdi – FOTOLAR

Hazırda oxunan: Vətən müharibəsi iştirakçısı olan hərbçimiz intihar etdi – FOTOLAR

20214

Vətən müharibəsi qazisi, Leytenant Rüfət Ağayar oğlu Nəbizadənin intihar xəbəri yayılıb.

Bizim.Media xəbər verir ki, bu barədə hərbi jurnalist Tofiq Şahmuradov öz Facebook hesabında məlumat paylaşıb:

“Çox üzücü xəbər aldıq. Vətən müharibəsində ilk gündən son günə kimi döyüşlərdə iştirak edən Leytenant Nəbizadə Rüfət Ağayar oğlu intihar edib.

Ailəsinin verdiyi məlumata görə hərbçimiz döyüşlər vaxtı aldığı kontuziyadan əziyyət çəkirmiş. Məhrum 2019-cu ildə xaricdə xüsusi təyinatlı kursu, kurs birincisi kimi bitirmişdi” – paylaşımda qeyd olunub.

Məlumat üçün bildirək ki, Nəbizadə Rüfət Ağayar oğlu Ali baş komandan tərəfindən “Şuşanın və Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO