Birinci Qarabağ müharibəsində şəhid olan Məmməd Mirzəyev Ağdamda dəfn olunub - FOTO

Birinci Qarabağ müharibəsində şəhid olan Məmməd Mirzəyev Ağdamda dəfn olunub - FOTO

Hazırda oxunan: Birinci Qarabağ müharibəsində şəhid olan Məmməd Mirzəyev Ağdamda dəfn olunub - FOTO

202121

1992-ci ilin fevral ayının 17-də Xocavənd rayonunun Qaradağlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşən və 32 il sonra meyitinin qalıqları tapılan Birinci Qarabağ müharibəsinin şəhidi Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib. 

Bizim.Media xəbər verir ki, əslən Ağdam rayonunun Güllücə kəndindən olan  1967-ci il təvəllüdlü Məmməd Hüseyn oğlu Mirzəyevin cənazəsi vida mərasimi keçirilməsi üçün dəfndən öncə Ağdam Dövlət Dram Teatrının qarşısına gətirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO


Mərasimdə şəhidin doğmaları, ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları və rayon sakinləri iştirak edib. Çıxışlar zamanı şəhid adının ucalığından, vətənin müqəddəsliyindən geniş söhbət açılıb. Həmçinin şəhidin döyüş yoluna nəzər salınıb. 

Sonra Məmməd Mirzəyevin nəşi Quzanlı qəsəbəsində yerləşən şəhidlər xiyabanına gətirilib. O, yaylım atəşinin sədaları altında, böyük ehtiramla torpağa tapşırılıb. 

Sonda şəhidin tabutunun büküldüyü üçrəngli bayrağımız onun doğmalarına təhvil verilib. Dəfn mərasimi insanların "Şəhidlər ölməz, Vətən bölünməz", şüarları ilə sona çatıb.






Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO