Şəkidə 57 yaşlı kişi yanıq xəsarətləri aldı 

Şəkidə 57 yaşlı kişi yanıq xəsarətləri aldı 

Hazırda oxunan: Şəkidə 57 yaşlı kişi yanıq xəsarətləri aldı 

202057

Şəki sakini yanıq xəsarətləri alıb.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəki rayon Baş Kəldək kənd sakini 57 yaşlı Mais Nəbiyev ağır dərəcəli yanıq xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Yanıq xəsarətləri alan Mais Nəbiyevə ilkin tibbi yardım göstəriləndən sonra o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun müalicəsi həmin şöbədə davam etdirilir. Həkimlər vəziyyətini orta-ağır qiymətləndirir. 
Yaxınları onun maşın avadanlığını benzinlə təmizləyərkən belə bir halla qarşılaşdığını bildirir. 

Baş verən hadisə ilə bağlı araşdırma aparılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO