Mətbuat prospektində yol təmiri nə vaxt yekunlaşacaq? - VİDEO

Mətbuat prospektində yol təmiri nə vaxt yekunlaşacaq? - VİDEO

Hazırda oxunan: Mətbuat prospektində yol təmiri nə vaxt yekunlaşacaq? - VİDEO

202034

Paytaxtın Yasamal rayonu, Mətbuat prospektində yeni asfalt örtüyünün vurulması prosesi davam edir.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyi bildirib ki, əslində sözügedən hissədə asfalt örtüyünün vurulması işləri bu gün saat 22:00-a qədər yekunlaşmalı idi. Ancaq müəyyən səbəblərdən gecə də daxil olmaqla həmin hissə bağlı olacaq. Ehtimal edilir ki, Mətbuat prospektinin Mikayıl Müşfiq küçəsi ilə kəsişmədən, Ayna Sultanova küçəsinə qədər olan hissəsi sabah səhər saatlarında da bağlı olsun. Hazırda görülən işlə əlaqədər olaraq sözügedən hissələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. 

O da bildirildi ki, Mətbuat prospektində işlər yekunlaşdıqdan sonra metronun “20 Yanvar” stansiyasından başlayaraq Həsən bəy Zərdabi küçəsində də təmir işləri mərhələli şəkildə görüləcək.

Rayon ərazisindəki Mikayıl Müşfiq küçəsində isə demək olar ki, yenidənqurma işləri yekunlaşmaq üzrədir. Küçədə deformasiyaya uğrayan asfalt qatı frezlənib. Əvəzinə yeni asfalt örtüyü döşənib.

Artıq sözügedən küçənin İsmayıl bəy Qutqaşınlı  küçəsindən Mətbuat prospektinədək olan hissəsi tam yeni asfalt örtüyü ilə üzlənib.

Sonda üfüqi nişanlanma xətlərinin çəkilişi və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də yerinə yetiriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO