Bəzi rayonlara leysan yağıb – FAKTİKİ HAVA 

Bəzi rayonlara leysan yağıb – FAKTİKİ HAVA 

Hazırda oxunan: Bəzi rayonlara leysan yağıb – FAKTİKİ HAVA 

201825

İyulun 13-ü saat 10:00-a olan məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb. 

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, düşən yağıntının miqdarı Naxçıvan, Balakən, Şəmkir, İsmayıllıda 1 mm-dək olub. 

Şimal-şərq küləyi sarı xəbərdarlığa uyğun olaraq Culfada 20 m/s-dək güclənib. 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR və Aran rayonlarında 37, dağlıq rayonlarda 29 dərəcəyədək isti olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO