Murtuza Muxtarovun “qətl planı”nın detalları AÇIQLANDI

Murtuza Muxtarovun “qətl planı”nın detalları AÇIQLANDI

Hazırda oxunan: Murtuza Muxtarovun “qətl planı”nın detalları AÇIQLANDI

20176

Neft milyonçusu Murtuza Muxtarovun qətli ilə bağlı bədii-sənədli film hazırlanıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumatına görə, “Qətl planı” seriyasından olan filmdə milyonçunun qətlinin bir neçə versiyası rekonstruksiya edilərək tamaşaçılara təqdim olunacaq.

“Qətl planı”nda bolşeviklərin Muxtarovun yaşadığı evə (hazırkı Səadət Sarayı) atla daxil olması, milyonçunun həyat yoldaşı Liza Tuqanovanı gizlətməsi, özünün isə sona kimi mərd şəkildə mübarizə aparması nümayiş olunub.

Filmdə tarixçilərin fikirlərinə də yer ayrılıb. Ssenari müəllifi İlqar Fəhmi, quruluşçu rejissoru Ramil Ağasıyev olan bədii-sənədli filmdə ölkənin tanınmış aktyorları rol alıb.

“Qətl planı” mayın 6-sı saat 21:30-da AzTV-də yayımlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO