Bakıda liftdə nasazlıq yarandı - Xəsarət alanlar var 

Bakıda liftdə nasazlıq yarandı - Xəsarət alanlar var 

Hazırda oxunan: Bakıda liftdə nasazlıq yarandı - Xəsarət alanlar var 

201740

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində çoxmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub. 

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, ilkin ehtimala görə, elektrik təchizatının qəflətən kəsilməsi və invertor qurğusunda yaranmış nasazlıq səbəbindən liftin 1-ci mərtəbədə dayanmayıb buferə dəyməsi nəticəsində iki nəfər xəsarət alaraq liftdə qalıb. 
Xilasedicilər müvafiq vasitələrlə liftin qapısını açaraq vətəndaşları aidiyyəti üzrə təhvil veriblər. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO