Şəmkirdə maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı – FOTO/VİDEO 

Şəmkirdə maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı – FOTO/VİDEO 

Hazırda oxunan: Şəmkirdə maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı – FOTO/VİDEO 

201680

Şəmkir rayonu, Ağ Dağlar yolunun yaxınlığında fəaliyyət göstərən, fərdi sahibkar Əliyev Nəriman Yalçın oğluna məxsus maye qazdoldurma məntəqəsinin istismarı təhlükəsizlik tələblərinə cavab vermədiyi üçün dayandırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

FHN əməkdaşlarının keçirdiyi yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb. 

Bildirilib ki, maye qazdoldurma məntəqəsində istismar olunan iki ədəd təzyiq altında işləyən tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib. 
 











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO