Avtomobil idarə etmədiyi halda cərimə yazılıb - Paytaxt sakini şikayətçidir - VİDEO

Avtomobil idarə etmədiyi halda cərimə yazılıb - Paytaxt sakini şikayətçidir - VİDEO

Hazırda oxunan: Avtomobil idarə etmədiyi halda cərimə yazılıb - Paytaxt sakini şikayətçidir - VİDEO

201646

Avtomobili idarə etmədiyi halda sürücüyə yüksək sürətə görə elektron protokol tərtib edilib.

Bizim.Media xəbər verir ki, hadisə paytaxt sakini Şahin Nağıyevin başına gəlib.

Sürücü iddia edir ki, onun telefonuna sürət həddini aşdığı üçün radara düşməsi ilə bağlı SMS gəlib. Amma cərimə protokolunda onun deyil, başqa avtomobil əks olunub.
Sürücü bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ''902'' qaynar xəttinə məlumat verib. Şahin Nağıyev onu da iddia edir ki, həmin avtomobilin sürücüsü dövlət qeydiyyat nişanına müdaxilə edib.

Sürücünün iddiaları ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etdik.

İdarədən ''Xəzər Xəbər''ə bildirdilər ki, sürücünün onlara etdiyi şikayət araşdırılıb.

Bildirilib ki, həmin cərimə xətanı törədən sürücüyə yönləndirilib.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın materalında:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO