Baş Prokurorluğun 2 əməkdaşı təqaüdə göndərildi – FOTO

Baş Prokurorluğun 2 əməkdaşı təqaüdə göndərildi – FOTO

Hazırda oxunan: Baş Prokurorluğun 2 əməkdaşı təqaüdə göndərildi – FOTO

201403

Prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun 2 əməkdaşı - Azər Əsgərov və İlqar Ağamirovun qulluq keçmələrinə xitam verilməsi ilə əlaqədar Baş Prokurorluğun rəhbərliyi tərəfindən qəbul edilib.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, onlara Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən verilmiş Fəxri fərmanlar təqdim edilib:

Baş Prokurorluqda görüş zamanı Azər Əsgərov və İlqar Ağamirovun prokurorluq orqanlarında keçdikləri uzunmüddətli xidmət illərinə nəzər salınaraq, prokurorluq orqanlarında səmərəli fəaliyyəti, cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, habelə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdikləri nailiyyətlər qeyd edilib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO