Polisdən böyük əməliyyat - 128 kiloqramlıq ağ ÖLÜM - VİDEO

Polisdən böyük əməliyyat - 128 kiloqramlıq ağ ÖLÜM - VİDEO

Hazırda oxunan: Polisdən böyük əməliyyat - 128 kiloqramlıq ağ ÖLÜM - VİDEO

20136

Polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı dövriyyədən 128 kiloqram heroin çıxarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında Beyləqan rayonunda həyata keçirilən tədbir nəticəsində əvvəllər narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olduqlarına görə dəfələrlə məhkum edilmiş Şahsevən kənd sakinləri Veysəl Həsənov və Əbülfəz Rüstəmov saxlanılıblar.

Onların üzərlərində olan bağlamalara baxış keçirilən zaman ümumi çəkisi 91 kiloqram olan narkotik vasitə, o cümlədən 61 kiloqram heroin, 1 kiloqram tiryək, 16 kiloqram qurudulmuş marixuana və 13 kiloqram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Bu şəxslər narkotik vasitələrin Bakıda və bölgələrdə şəxsiyyətləri istintaqla araşdırılan şəxslərə çatdırmaqla realizə olunmasını təşkil etməli imişlər. 

Baş İdarə əməkdaşlarının Sumqayıt şəhərində keçirdikləri əməliyyat zamanı isə şəhər sakini Elşad Süleymanov axlanılıb. Onun yaşadığı evdən 20 kiloqrama yaxın heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. 

Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən Astara rayonunda həyata keçirilən növbəti əməliyyat zamanı əvvəllər məhkum olunmuş Kamran Ağayev saxlanılıb.

Onun evinə baxış zamanı ümumi çəkisi 6 kiloqramdan çox narkotik maddə, o cümlədən, 1 kiloqram 400 qram heroin, 2 kiloqram 840 qram marixuana, 2 kiloqram 750 qram tiryək, 100 qrama yaxın metamfetamin və 1 ədəd sənədləri olmayan ov tüfəngi  aşkar edilib. 

Baş İdarə əməkdaşlarının Sabunçu rayonunda həyata keçirdikləri əməliyyat nəticəsində isə narkotik vasitələrin satışı ilə məşğul olan Xalid Vəlişov saxlanılıb. Onun Sabunçu rayonunda gizlətdiyi yerdən satış məqsədi ilə əldə edib saxladığı 4 kiloqram 580 qram heroin aşkar edilib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Baş İdarənin əməkdaşları tərəfindən paytaxtın Nəsimi və Xətai rayonlarında  keçirilən əməliyyatlar zamanı isə əvvəllər məhkum olunan Asim Rəsulov, Zöhrab Nəbiyev, Zaur Məmmədov və Zaur Quliyev saxlanılıblar.

Polislər tərəfindən Asim Rəsulovdan 1 kiloqram 215 qram, Zöhrab Nəbiyevdən isə 1 kiloqram 86 qram heroin və metamfetamin aşkar olunub.

Həmçinin Zaur Quliyevin üzərindən və yaşadığı ünvandan müxtəlif adda ümumi çəkisi 3 kiloqram 528 qram narkotik vasitə, eləcə də 1000 ədəd psixotrop tərkibli həb, 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Zaur Quliyevdən həmçinin narkotik vasitələrin satışından əldə etdiyi pul vəsaitləri də aşkar edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO