Azad olunmuş ərazilərdə 8 əlavə seçki məntəqəsi yaradılacaq

Azad olunmuş ərazilərdə 8 əlavə seçki məntəqəsi yaradılacaq

Hazırda oxunan: Azad olunmuş ərazilərdə 8 əlavə seçki məntəqəsi yaradılacaq

201230

İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri formalaşdırılıb. Azad olunmuş ərazilərdə 8 əlavə seçki məntəqəsinin yaradılması qərara alınıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə olunub. 

MSK sədr müavini Rövzət Qasımov bildirib ki, parlament seçkilərində 34 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək:

"Azad olunmuş ərazilərdə müvəqqəti seçki məntəqələri də yaradılacaq və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək" – deyə, R. Qasımov vurğuayıb.

Xatırladaq ki, azad edilmiş ərazilərdə prezident seçkiləri 26 daimi, 21 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərmişdi.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO