Bakıdakı yanğında 60 nəfər təxliyə olundu: 24-ü uşaqdır - VİDEO

Bakıdakı yanğında 60 nəfər təxliyə olundu: 24-ü uşaqdır - VİDEO

Hazırda oxunan: Bakıdakı yanğında 60 nəfər təxliyə olundu: 24-ü uşaqdır - VİDEO

201145

Bakının Nərimanov rayonunda hündürmərtəbəli binada yanğın baş verib.

Bizim.Media xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində binanın şaxtasında baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində onsəkkizmərtəbəli yaşayış binasının şaxtası boyunca 57p.m elektrik kabeli, 18 ədəd elektrik sayğacı, 18 ədəd elektrik açarı və mərtəbələrdə şaxtaların plastikdən ibarət qapıları yanıb. 

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 24-ü uşaq olmaqla 60 nəfər bina sakini təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.
 

Bizim.Media 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO