Bakıda avtomobillərin nömrələrini oğurlayan şəxs SAXLANILDI - FOTO

Bakıda avtomobillərin nömrələrini oğurlayan şəxs SAXLANILDI - FOTO

Hazırda oxunan: Bakıda avtomobillərin nömrələrini oğurlayan şəxs SAXLANILDI - FOTO

201114

Paytaxt ərazisində avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurlayaraq sahiblərindən pul tələb edən daha bir şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, cari ildə polis əməkdaşları tərəfindən vətəndaşlar tərəfindən daxil olan müraciətlər üzrə aparılan araşdırmalarla 11-dən artıq fakt üzrə tədbirlər görülüb.

Həmin əməlləri törətməkdə şübhəli bilinən şəxslərdən daha bir nəfər - əvvəllər Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə məhkum olunmuş, 2002-ci il təvəllüdlü Hüseynov Qəhrəman Ceyhun oğlu məsuliyyətə cəlb edilib.
O, 3 avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlayaraq sahiblərindən pul tələb edib.

Onun analoji əməllərdə iştirakı istisna edilmir, əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO