Cəlilabad rayonunun Göytəpə şəhərində ümumi sahəsi 225 m² olan kürsülü birmərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları 80 m² sahədə yanıb.
Yanğına səbəb kimi ilkin versiyada ildırım düşməsi irəli sürülüb və bu iddia da sosial şəbəkələrdə yayılıb.
Ev sahibi Samir Əliyev Bizim.Media-nın Cənub bürosuna açıqlamasında evinin sadəcə elektrik naqillərindəki nasazlıqdan yandıgını bildirib.
Qeyd edək ki, evdə daimi yaşayış olmayıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub və yangın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu