Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən İslam dininə aid ibadət yerlərində, yəni, məscidlərdə vakant vəzifələrin tutulması üçün keçirilən növbəti müsahibə mərhələsi başa çatıb.
Dövlət komitəsindən Bizim.Media-ya bildirilib ki, dekabrın 13-dən yanvarın 13-dək elan edilən müsahibəyə 7 vakant yer üzrə 185 namizədin müraciəti qeydə alınıb.
İyunun 27-dən iyulun 6-na kimi təşkil olunan müsahibədə 171 nəfər iştirak edib. Qadın dini ayinlərin icraçısı vəzifəsi üçün 1 vakant yer üzrə imtahanda iştirak edən 54 namizəddən 17-si, 6 imam və imam müavini vakansiyası üzrə isə 117 nəfərdən 44-ü müsahibədə uğur qazanıb. Ümumilikdə 110 namizəd keçid balını toplaya bilməyib.
Qeyd edək ki, DQİDK-nın ilahiyyatçı mütəxəssislərdən təşkil etdiyi Müsahibə komissiyası tərəfindən seçimləri aparılan müsahibənin nəticələri keçirildiyi gün Komitənin rəsmi internet saytında (scara.gov.az) elan edilib. Uğur qazanmış namizədlər təsdiq edilmiş qaydalara əsasən müsahibə bitdikdən sonra 30 iş günü müddətində Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrə təyin olunacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:16 / 08.07.2024
Məscidlərdə vakant vəzifələrin tutulması ilə bağlı 110 namizəd müsahibədən KEÇMƏDİ
Hazırda oxunan: Məscidlərdə vakant vəzifələrin tutulması ilə bağlı 110 namizəd müsahibədən KEÇMƏDİ
Hazırda oxunan: Məscidlərdə vakant vəzifələrin tutulması ilə bağlı 110 namizəd müsahibədən KEÇMƏDİ
201086
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.