Ağdam rayonunda yol qəzası baş verib.
Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, Bərdə-Ağdam yolunun Təzəkənd kəndindən keçən hissəsində hərəkətdə olan "Mercedes" markalı minik maşını idarəetməni itirərək yol kənarında aşıb. Hadisə nəticəsində Ağdam rayonu, Güllücə kənd sakini, 1988-ci təvəllüdlü Rövşən Aslanov xəsarət alıb.
Yaralıya Ağdam rayon mərkəzi xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bərdə mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı yerli hüquq mühafizə orqanlarında araşdırma başlanılıb.
![](http://ssl.bizim.media/file/articles/2024/07/07/1720380768_photo_5213374833558151583_y.jpg)
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu