Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı (ikinci cəhd), eyni zamanda, I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə imtahan keçirilir. İmtahanda 47520 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 42888 nəfər Azərbaycan, 4632 nəfər isə rus bölməsinin məzunudur.
Bizim.Media DİM-ə istinadən xəbər verir ki, imtahan verənlərin 21494 nəfəri oğlan, 26026 nəfəri isə qızdır.
41307 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 6213 nəfər əvvəlki illərin məzunudur. 88 nəfər ali təhsil müəssisələrinin, 1017 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 168 abituriyent xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1965-ci ildən, ən gənci isə 2009-cu ildəndir.
Bizim.Media
![Abituriyentlərdən 4632 nəfər rus bölməsinin məzunudur - DİM-dən AÇIQLAMA Abituriyentlərdən 4632 nəfər rus bölməsinin məzunudur - DİM-dən AÇIQLAMA](https://bizim.media/file/articles/2024/07/07/1720339333_imtahan_38457676.jpg)
- A-
- A
- A+
Cəmiyyət
12:00 / 07.07.2024
Abituriyentlərdən 4632 nəfər rus bölməsinin məzunudur - DİM-dən AÇIQLAMA
Hazırda oxunan: Abituriyentlərdən 4632 nəfər rus bölməsinin məzunudur - DİM-dən AÇIQLAMA
Hazırda oxunan: Abituriyentlərdən 4632 nəfər rus bölməsinin məzunudur - DİM-dən AÇIQLAMA
200862
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.