İsmayıllıda 3 ailənin yaşadığı 5 otaqlı mənzil yanaraq külə dönüb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Qalınçaq kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Bayramov Bəhmən Rəcəb oğluna məxsus 5 otaqlı fərdi yaşayış evi yanaraq külə dönüb.
Yanğın zamanı 2 nəfər ev sahibi 1959-cu il təvəllüdlü Bayramov Bəhmən Rəcəb oğlu və 1969-cu il təvəllüdlü Bayramova Nəzakət Yaqub qızı zəhərlənmə diaqnozu ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Bundan başqa yanğın nəticəsində ev sakininə məxsus xırdabuynuzlu ev heyvanları və toyuq cücə tələf olub.
Hadisə yerinə FHN-in İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
Bizim.Media, Aran bürosu