Bakıda restoranda yanğın olub, qadın tüstüdən zəhərlənib - VİDEO 

Bakıda restoranda yanğın olub, qadın tüstüdən zəhərlənib - VİDEO 

Hazırda oxunan: Bakıda restoranda yanğın olub, qadın tüstüdən zəhərlənib - VİDEO 

200632

Nizami rayonunda yerləşən binalardan birində baş vermiş yanğın zamanı bir qadın tüstüdən zəhərlənib.

Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, polis əməkdaşları tüstüdən boğulan, ölüm təhlükəsi ilə üz-üzə qalan qadını vaxtında tibb müəssisəsinə çatdırıblar.

Həkimlərin müdaxiləsindən sonra onun həyatı xilas edilib.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 15:30-da Nizami rayonundakı məşhur restoranlardan birində yanğın baş verməsi səbəbi ilə çağırış daxil olub.

"Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərə yerində yardım göstərilib".
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO