Sabahkı hava şəraiti ilə bağlı BNA-dan XƏBƏRDARLIQ

Sabahkı hava şəraiti ilə bağlı BNA-dan XƏBƏRDARLIQ

Hazırda oxunan: Sabahkı hava şəraiti ilə bağlı BNA-dan XƏBƏRDARLIQ

20058

Bakı Nəqliyyat Agentliyi (BNA) sabah baş verəcək qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.

Agentlikdən Bizim.Media-ya verilən məlumatda bildirilir ki, mayın 5-i tarixində müşahidə ediləcək güclü küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarını diqqətli və ehtiyatlı olmağa çağırırıq: 

"Sərnişinlərdən xahiş edirik ki, dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar.

Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamalı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməli, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir. Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO