DİN Bakıda əməliyyat keçirdi: Sürücü və qadın sərnişin cinayət başında saxlanıldılar - FOTO

DİN Bakıda əməliyyat keçirdi: Sürücü və qadın sərnişin cinayət başında saxlanıldılar - FOTO

Hazırda oxunan: DİN Bakıda əməliyyat keçirdi: Sürücü və qadın sərnişin cinayət başında saxlanıldılar - FOTO

200541

Qaradağ rayonu ərazisində həyata keçirilən növbəti tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 1997-ci il təvəllüdlü Nərgiz Məhərrəmova və 1990-cı il təvəllüdlü Elman Əhmədov saxlanılıb. 

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, onların üzərindən, habelə N.Məhərrəmovanın sərnişin qismində əyləşdiyi avtomobildən, kuryer şirkətlərindən birində çalışan E.Əhmədovun çantasından ümumilikdə 27 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, heroin və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb. 

İlkin sorğu zamanı saxlanılan şəxslər aşkarlanmış narkotikləri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə gizlədilən yerdən Bakı şəhərində müxtəlif ünvanlara çatdırıb pul qazanmaq məqsədilə əldə etdiklərini bildiriblər. 
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO