Ata-balanın bıçaqlandığı dava toyda başlayıbmış – YENİ DETALLAR/VİDEO  

Ata-balanın bıçaqlandığı dava toyda başlayıbmış – YENİ DETALLAR/VİDEO  

Hazırda oxunan: Ata-balanın bıçaqlandığı dava toyda başlayıbmış – YENİ DETALLAR/VİDEO  

200372

Xəbər verdiyimiz kimi, paytaxtın Xəzər rayonunda 1995-ci il təvəllüdlü Amil Hikmət oğlu Cahangirov və onun atası, 1970-ci il təvəllüdlü Hikmət Əlihüseyn oğlu Cahangirov bıçaqlanıb. 

Bizim.Media Baku TV-yə istinadən xəbər verir ki, hadisəsinin bəzi detalları məlum olub. 

Xəsarət alanların qohumu Zaur Kərimovun sözlərinə görə, toyda qonşular arasında mübahisə yaranıb: 

“Toydan sonra Amil və atası evlərinə gediblər. Daha sonra onları “söhbətə” çağırıblar, özləri ilə də bıçaq gətiriblər. Atasına üç, Amilə isə altı bıçaq xəsarəti yetiriblər”. 

Xatırladaq ki, hadisə zamanı 29 yaşlı A.Cahangirova 8 bıçaq zərbəsi vurulub. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. 

Həmin süjeti təqdim edirik: 
 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO