Bakının Suraxanı rayonunda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, Hövsan qəsəbəsində tanışı ilə mübahisə zamanı döyülən 1989-cu il təvəllüdlü Emil Elmar oğlu Yusubov təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.
Qeyd edək ki, hadisə E.Yusubovun yaşadığı evdə baş verib. Hadisənin təfərrüatı araşdırılır.
Bizim.Media