Eldar Əzizov Sabunçu rayonunun başçısını tənqid etdi - SƏBƏB

Eldar Əzizov Sabunçu rayonunun başçısını tənqid etdi - SƏBƏB

Hazırda oxunan: Eldar Əzizov Sabunçu rayonunun başçısını tənqid etdi - SƏBƏB

20012

Bakı Şəhər İcra Hakimiyyətində parkların, meydançaların və nümunəvi həyətlərin vəziyyəti ilə bağlı video görüş keçirilib.

Bizim.Media xəbər verir ki, iclasda Bakı şəhərinin meri Eldar Əzizov çıxış edərək son illər Prezident İlham Əliyevin sayəsində Bakının parklar şəhərinə çevrildiyini və bu prosesin davam etdiyini deyib.

“Şəhərin demək olar ki, hər yerində çoxsaylı parkların, meydançaların və istirahət zonalarının yaradılması nəticəsində bənzərsiz unikal vəziyyət yaranıb. IDEA ictimai təşkilatının və şəxsən Leyla Əliyevanın fəaliyyəti sayəsində həyətlərarası parklar yaradılıb və bu proses yenə də davam edir. Lakin parkların qorunub saxlanılması işində çatışmazlıqlar var”, deyə o, qeyd edib.

Nümunə olaraq o, Sabunçu bölgəsindəki EKO parkının adını şəkib və vurğulayıb ki, yerli hakimiyyətin diqqətsizliyi səbəbindən yöndəmsiz vəziyyət düşüb.

Mer buna görə Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyevi tənqid edib. Eldar Əzizov daha sonra bildirib ki, dünyada mövcud iqtisadi vəziyyətə baxmayaraq, dövlət başçısının siyasəti nəticəsində ölkədə nəinki inkişaf tempi qorunub saxlanılıb, eyni zamanda yeni imkanlar da açılıb:

“Qarabağda genişmiqyaslı işlərə başlandı. Biz də Bakıda inkişafın sürətini saxlamalı, əvvəllər yaradılanları qorumalıyıq. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, əhalinin müraciətlərinə də diqqətlə yanaşmalıyıq”. 

Eldar Əzizov çıxışının sonunda mayın 20-dən sonra hər bir rayonun gördüyü işlər barədə hesabatları dinləyəcəyini deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO