Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Bizim.Media-nın məlumatına görə, layihəyə əsasən, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına təsir göstərməməlidir.
Sənəddə qeyd edilib ki, uşaqların dini etiqada məcbur edilməsi qadağan olunur.
Bundan əlavə, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər.
Dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət qadağandır.
Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:41 / 04.05.2021
Uşaqların dini etiqada məcbur edilməsi qadağan olundu
Hazırda oxunan: Uşaqların dini etiqada məcbur edilməsi qadağan olundu
Hazırda oxunan: Uşaqların dini etiqada məcbur edilməsi qadağan olundu
20002
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.