Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Əsas müzakirə olunan məsələlərdən biri də hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizələr siyahısında kimlərin namizədlər siyahısında olub-olmaması barədədir.
Bizim.Media xəbər verir ki, YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov gununsesi.info-ya açıqlamasında bildirib ki, hazırda deputatlığa namizədlər siyahısı üzərində iş gedir:
“Bir neçə gündən sonra YAP İdarə Heyətinin toplantısı olacaq və deputatlığa namizədlərimiz elan olunacaq”.
Yeni siyahıda hazırki deputatlardan kimlərin kənarda qalıb-qalmamasına gəlincə, Tahir Budaqov bu barədə suala belə cavab verib:
“Bu barədə yalnız YAP İdarə Heyəti qərar verəcək. Onu da deyim ki, YAP əvvəlki dövlərdə olduğu kimi bəzi dairələrdə yenə də müstəqil namizədləri dəstəkləyəcək”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:44 / 01.07.2024
YAP deputatlığa namizədlərin siyahısını tezliklə açıqlayacaq - Aparat rəhbəri
Hazırda oxunan: YAP deputatlığa namizədlərin siyahısını tezliklə açıqlayacaq - Aparat rəhbəri
Hazırda oxunan: YAP deputatlığa namizədlərin siyahısını tezliklə açıqlayacaq - Aparat rəhbəri
199877
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.