Veteranlar ad günündən bir gün öncə 100 yaşlı Məhəmməd kişiyə nə sürpriz etdilər? - FOTO/VİDEO

Veteranlar ad günündən bir gün öncə 100 yaşlı Məhəmməd kişiyə nə sürpriz etdilər? - FOTO/VİDEO

Hazırda oxunan: Veteranlar ad günündən bir gün öncə 100 yaşlı Məhəmməd kişiyə nə sürpriz etdilər? - FOTO/VİDEO

199758

Xaçmazın Aşağı Zeyid kəndində yaşayan Böyük Vətən Müharibəsi veteranı Məhəmməd Məmmədovun sabah nə az, nə çox, düz 100 yaşı tamam olur.

Bizim.Media xəbər verir ki, Xaçmaz rayon Veteranlar Şurası yaşı bir əsrə çatmış veteran ağsaqqalı doğmalarından, ailə üzvlərindən daha tez, bir gün öncə  təbrik ediblər.

Xaçmaz Veteranlar Şurasının sədri Abasyar Heydərov və bir qrup veteran Məhəmməd kişinin doğum günü tortunu onunla burgə kəsib ağızlarını şirin ediblər.

Sumqayıt şəhər sakini Nazim Quliyev də təbrik edənlər arasında idi. Qonaqların gəlişinə çox təəccüblənən, həm də sevinnən Məhəmməd Məmmədov qapısına gələnlərə öz müharibə xatirələrindən  maraqlı epizodlar danışıb.

Müharibənin  dəhşətli günlərinin heç kimə  nəsib olmasını arzulamayan 100 yaşlı ağsaqqal hər birinə sağlam ömür və uğurlar arzulayıb.

Qeyd edək ki, 17 yaşında cəbhəyə gedən Məhəmməd Məmmədov Böyük Vətən Müharibəsində Qroznıdan Berlinədək döyüş yolu keçib.

100 yaşlı veteranın hazırda 5 övladı, 23 nəvəsi, 50 nəticəsi və 2 kötükcəsi var.

 






















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO