Lənkəranda iki nəfər bıçaqlanıb, vəziyyətləri ağırdır

Lənkəranda iki nəfər bıçaqlanıb, vəziyyətləri ağırdır

Hazırda oxunan: Lənkəranda iki nəfər bıçaqlanıb, vəziyyətləri ağırdır

199692

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, axşam saatlarında Lənkəran şəhərinin mərkəzi meydanında iki nəfər; Lənkəran rayon sakini 1991-ci il təvəllüdlü Nurlan İbadulla oğlu Nurəliyev və Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Arif Fail oğlu İsmayılov bıçaqlanıb.

Hər iki şəxs Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. Vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriblər.

Hadisənin hansı zəmində baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO