Qaxda baş verən qəzada ölənlərin sayı 4-ə ÇATDI - YENİLƏNİB 

Qaxda baş verən qəzada ölənlərin sayı 4-ə ÇATDI - YENİLƏNİB 

Hazırda oxunan: Qaxda baş verən qəzada ölənlərin sayı 4-ə ÇATDI - YENİLƏNİB 

199681

Qaxın Əmbərçay kəndində iki minik avtomobilinin toqquşması nəticəsində baş verən qəzada ölənlərin sayı 4 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Qax Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

*** 21:13

Qaxın Əmbərçay kəndində iki minik avtomobili toqquşub, üç nəfər ölüb. Hərəkətdə olan minik avtomobilləri toqquşması nəticəsində daha bir neçə nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, "Ford" və "VAZ-21015" markalı minik avtomobilləri rayonun Əmbərçay kəndi ərazisində  toqquşub. 

Hadisə şahidlərinin sözlərinə görə qəza nəticəsində  "VAZ-21015"  sürücüsü və həmin avtomobildə sərnişin qismində əyləşən bir nəfər hadisə yerində ölüb. Qəza zamanı  VAZ-21015-in sürücüsünün meyiti sükan arxasında sıxılı qaldığından hadisə yerinə FHN-in xilasediciləri cəlb edilib və onların köməyi ilə çıxarılaraq təhvil verilib.

Qəzada yaralanan daha bir neçə nəfər Təcili Tibbi Yardım briqadalarının köməyi ilə  Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Daha bir nəfər isə xəstəxanaya aparılarkən yolda keçinib. 

İlkin məlumatlara əsasən xəstəxanaya aparılanlardan daha iki nəfərin vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırmalar başlanılıb.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO