Ölkənin bəzi ərazilərində qeyri-sabit hava DAVAM EDİR - FAKTİKİ HAVA 

Ölkənin bəzi ərazilərində qeyri-sabit hava DAVAM EDİR - FAKTİKİ HAVA 

Hazırda oxunan: Ölkənin bəzi ərazilərində qeyri-sabit hava DAVAM EDİR - FAKTİKİ HAVA 

199656

Bəzi dağlıq və dağətəyi ərazilərdə qeyri-sabit hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, iyunun 29-u saat 16:00-a olan məlumata əsasən, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Zaqatala, Yardımlıda arabir yağış yağıb.

Sinoptiklərin tərəfindən öncədən verilən narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Goranboyda 23 m/s, Naftalanda 22 m/s təşkil edir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 30, Aran rayonlarında 30, dağlıq rayonlarda 19 dərəcəyədək isti olub.

Bəzi dağlıq və dağətəyi ərazilərdə müşahidə olunan yağıntılı hava şəraitinin iyulun 1-i axşamadək davam edəcəyi, şərq küləyinin bəzi yerlərdə arabir güclənəcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO