Nazirlər Kabineti 27 aprel 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişiklik edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Abşeron rayonunda torpaq sahələrinin normativ qiyməti ayrıca müəyyən ediləcək. Bu baxından rayon 3 zonaya bölünüb.
Bundan başqa, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslərin inşa etdiyi müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələrinin texniki pasportlarında göstərilmiş bina və əsaslı tikililərin altında yerləşən torpaq sahələri (1) və bu kateqoriyaya aid edilməyən torpaq sahələrinə (2) bölünməsi ilə bağlı müddəa əsasnamədə çıxarılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:14 / 29.06.2024
Abşeronda torpaq qiymətləri ilə bağlı YENİ QƏRAR
Hazırda oxunan: Abşeronda torpaq qiymətləri ilə bağlı YENİ QƏRAR
Hazırda oxunan: Abşeronda torpaq qiymətləri ilə bağlı YENİ QƏRAR
199633
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.