Xəbər verdiyimiz kimi, bir müddət əvvəl sosial şəbəkələrdə Lökbatan Tibb Mərkəzinin tərkibindəki 4 saylı doğum evində qızı dünyaya gələn atadan “şirinlik” tələb olunması ilə bağlı görüntülər yayılmışdı. Görüntüdəki şəxs “şirinlik” məbləği az olduğu üçün ataya etirazını bildirirdi.
Bizim.Media xəbər verir ki, TƏBİB-dən “qafqazinfo.az”a verilən məlumata görə, bir müddət öncə sosial mediada yayılan görüntülərdə əks olunan hadisə ilə bağlı TƏBİB tərəfindən geniş araşdırma aparılaraq müvafiq inzibati tədbirlər görülüb.
Araşdırmanın yekun nəticələrinə əsasən Lökbatan Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 4 nömrəli Doğum evinin Doğum şöbəsinin həkim-mama-ginekoloqu Məmmədova Sevinc Malik qızının əmək müqaviləsinə 27.06.2024-cü il tarixində xitam verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:30 / 29.06.2024
Yeni doğulan uşağa görə atadan “şirinlik” istəyən həkim İŞDƏN ÇIXARILDI – RƏSMİ
Hazırda oxunan: Yeni doğulan uşağa görə atadan “şirinlik” istəyən həkim İŞDƏN ÇIXARILDI – RƏSMİ
Hazırda oxunan: Yeni doğulan uşağa görə atadan “şirinlik” istəyən həkim İŞDƏN ÇIXARILDI – RƏSMİ
199618
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.