Çimərliyə giriş niyə qadınlar üçün 10, kişilər üçün 15 manatdır? – Ayrıseçkiliyin SƏBƏBLƏRİ – FOTO

Çimərliyə giriş niyə qadınlar üçün 10, kişilər üçün 15 manatdır? – Ayrıseçkiliyin SƏBƏBLƏRİ – FOTO

Hazırda oxunan: Çimərliyə giriş niyə qadınlar üçün 10, kişilər üçün 15 manatdır? – Ayrıseçkiliyin SƏBƏBLƏRİ – FOTO

199600

Azərbaycanda hazırda dəniz mövsümüdür. İnsanlar yayın istisində sərinləmək, həmçinin, yay günəşi və dəniz suyunun faydalarından yararlanmaq üçün Xəzərə üz tuturlar. Uşaqlı-böyüklü, kişili-qadınlı gedilən çimərliklərə bəzən cinsi ayrı-seçkiliyə rast gəlinir. Belə ki, paytaxtda fəaliyyət göstərən ödənişli çimərliklərin bəzisində giriş üçün qadınlardan az, kişilərdən çox pul tələb olunur. Nümunə üçün deyək ki, Mərdəkanda yerləşən “Dalğa lite” çimərliyində kişilər üçün 15, qadınlar üçün 10 manat ödəniş müəyyənləşdirilib.

Bəs bu diskriminasiyanın səbəbi nədir? Bu münasibət nədən qaynaqlanır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan sosioloq Üzeyir Şəfiyev deyib ki, bu, qeyri-etik, qeyri-humanist bir hərəkətdir:

“Əslində, bu, həmin obyekt sahiblərinin ora qız müştəri cəlb etməsi üçün istifadə olunan alətdir. Bu, qeyri-etik yanaşmadır, ictimai ikrah yaradır, haqlı narazılıqlara səbəb olur. Xüsusi həssas qruplar var ki, onlara müəyyən güzəştlər başadüşüləndir. Güman edirəm ki, müvafiq qurumlar bu məsələyə münasibət bildirəcək və belə arzuolunmaz vəziyyət aradan götürüləcək”.

“Dalğa lite” çimərlikdən Bizim.Media-ya bildiriblər ki, qərar müdiriyyətə aiddir.

“Saata görə də qiymətlərdə dəyişiklik olur. Müdiriyyətin qoyduğu qərardır”.



Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO