“Çağrı" Xidməti Mərkəzinə yanvar-may ayları ərzində 400-ə yaxın təşəkkür zəngi daxil olub".
Bizim.Media xəbər verir ki ki, bunu TƏBİB-in "Cağrı" Xidməti şöbəsinin müdiri Firad Rəsulov qeyd edib.
O, deyib ki, 2024-cü ilin yanvar-may ayları ərzində şöbənin əməkdaşları tərəfindən 56 623 zəng cavablandırılıb:
“Vətəndaşların müraciətləri, əsasən, işə qəbul qaydaları, arayışların verilməsi, İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi, müayinə və müalicənin təşkili, peyvəndlər və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb, onların həlli istiqamətində zəruri tapşırıqlar verilib”, - deyə o bildirib.
Daha sonra Firad Rəsulov bildirib ki, bütün Azərbaycan Respublikasının ərazisindən xidmətlə əlaqə saxlamaq mümkündür:
“TƏBİB-in səlahiyyətlərinə aid olan məsələlərlə bağlı şöbə 7/24 fəaliyyət göstərir. Məqsədimiz vətəndaş məmnunluğunu təmin etmək və daxil olan hər bir müraciətə çevik, operativ reaksiya vermək və müraciətlərin həlli istiqamətləri üzrə dərhal tədbirlər görməkdir”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:56 / 28.06.2024
TƏBİB-ə ən çox hansı məsələlərlə bağlı müraciətlər edilir?
Hazırda oxunan: TƏBİB-ə ən çox hansı məsələlərlə bağlı müraciətlər edilir?
Hazırda oxunan: TƏBİB-ə ən çox hansı məsələlərlə bağlı müraciətlər edilir?
199440
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.