Bakıda yaşayış binasının həyətində generator partlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu, C.Hacıbəyli küçəsində 18 mərtəbəli yaşayış binasının həyətində generatorda yanğın baş verməsi barədə məlumat daxil olub.
Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri dərhal əraziyə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Həmin ərazidən olan görüntüləri təqdim edirik:
Bizim.Media