“COP29 Məlumat Mərkəzi Bakıda ilk tanıtım mərkəzidir. Hesab edirəm ki, bu, həm öz vətəndaşlarımızın, həm də ölkəmizin hər bir qonağının COP tarixi, eləcə də COP29-la bağlı ətraflı məlumat alması və proseslərdən məlumatlı olması üçün yaxşı imkandır”.
Bizim.Media xəbər verir ki, bunu COP29 Məlumat Mərkəzinin açılışında iştirak edən COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev jurnalistlərə müsahibəsində deyib.
M.Babayevin sözlərinə görə, COP29 Məlumat Mərkəzində könüllülər və mütəxəssislər çalışacaq, ziyarətçilərə Azərbaycanda keçiriləcək həmin mötəbər tədbirlə bağlı məlumat verəcəklər. Həmçinin qonaqlar Azərbaycanın təbiəti, ictimai həyatı, ölkəmizdə həyata keçirilən dövlət proqramları barədə informasiya əldə edə biləcəklər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:51 / 27.06.2024
Nazir COP29 Məlumat Mərkəzinin fəaliyyət istiqamətlərini AÇIQLADI
Hazırda oxunan: Nazir COP29 Məlumat Mərkəzinin fəaliyyət istiqamətlərini AÇIQLADI
Hazırda oxunan: Nazir COP29 Məlumat Mərkəzinin fəaliyyət istiqamətlərini AÇIQLADI
199372
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.