Xaçmazın daha bir şəhidinin nəşi bu gün Ağçay kəndinə gətirilib. 19 yaşında hərbi xidmətdə itkin düşən Birinci Qarabağ şəhidi Şahlar Ağayev 51 yaşında doğma kəndinə qəhrəman kimi qayıdıb.
Bizim.Media xəbər verir ki, qardaşı İlham Ağayev artıq həyatda olmayan valideynlərinin Şahlardan nigaran dünyadan köçdüyünü deyib.
"İndi onların ruhu şaddır" deyən İlham Ağayev digər qardaşı Əlirzanın onunla bir xidmət etdiyini bildirib və vurğulayıb ki, Əlirza qayıtsa da Şahlardan xəbər yox idi.
İlham Ağayev bu gün itkin şəhidlərin tapılıb dəfn olunmasında görülən işlərə görə ölkə prezidentinə və diğər qurumlara öz minnətdarlığını bildirib.
Hərbçilər Şahların xatirəsini ənənəvi yaylım atəşi ilə yad ediblər.
Şəhidin büküldüyü Azərbaycan bayrağı rayon rəhbəri tərəfindən qardaşına veriıib.
Şəhid Şahlar valideynlərinin yaxınlığında dəfn edilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu