Ötən gündən başlayan yagış cənub bölgəsində bir sıra fəsadlar yaradıb.
Bizim.Media xəbər verir ki, Astara rayonunun Siyəkü kəndi ərazisindən keçən Pensərçay 40 metrəyə qədər məcrasını dəyişib.
Dünən gecə çayda suyun səviyyəsi 5 metrə kimi qalxıb və su həyətlərə dolub, çay kənarı evlər üçün təhlükəli vəziyyət yaranıb.
Bu barədə yerli sakinlər məlumat verib. Sel suları vətəndaşların həyətində sitrus, meyvə ağaclarını yuyub aparıb.
Sabutay, Bizim.Media, Cənub bürosu
![Astarada sel meyvə ağaclarını yuyub apardı - FOTO Astarada sel meyvə ağaclarını yuyub apardı - FOTO](https://bizim.media/file/articles/2024/06/27/1719478983_photo_5472134063247711804_y.jpg)
- A-
- A
- A+
Cəmiyyət
13:04 / 27.06.2024
Astarada sel meyvə ağaclarını yuyub apardı - FOTO
Hazırda oxunan: Astarada sel meyvə ağaclarını yuyub apardı - FOTO
Hazırda oxunan: Astarada sel meyvə ağaclarını yuyub apardı - FOTO
199277
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.