Dünən axşam paytaxtın Nərimanov rayonunda güllələnərək qətlə yetirilən Tural Kosayevlə hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı İsmayıl Allahverdiyev həmkəndli olublar.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, hər iki şəxs Qazax rayonunun Daş Salahlı kəndindədir.
MÖVZU İLƏ BAĞLI:
Nərimanovdakı qətli törədəni tərkisilah edən rütbəli polis əməkdaşıdır – RƏSMİ/VİDEO
Bildirilib ki, polis tərəfindən saxlanılan İ.Allahverdiyev müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur.
Xatırladaq ki, şahidlərin bildirdiyinə görə, hadisə iştirakçılarının hər ikisi maşınla olub. Sonradan onlar avtomobildən düşüb və İsmayıl belindən silahı çıxararaq Turala atəş açıb.