Bakıda hərbi orkestrlərin müşayiəti ilə YÜRÜŞLƏR keçirilir – VİDEO

Bakıda hərbi orkestrlərin müşayiəti ilə YÜRÜŞLƏR keçirilir – VİDEO

Hazırda oxunan: Bakıda hərbi orkestrlərin müşayiəti ilə YÜRÜŞLƏR keçirilir – VİDEO

199092

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106 ili tamam olur.

Bu münasibətlə paytaxtın müxtəlif mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə iyunun 26-da hərbi qulluqçuların yürüşləri başlayıb.

Bizim.Media xəbər verir ki, 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə keçirilən yürüşlərdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra isə hərbçilərin beş marşrut üzrə yürüşlərinə start verilib.
Hərbçilərin marşrutlar üzrə Bakıdakı yürüşləri saat 12:00-dək davam edəcək.

Qeyd edək ki, bu gün, həmçinin saat 19:00-dan 21:00-dək Sumqayıt Dənizkənarı Bulvar ərazisi, Gəncə, Şuşa şəhərləri və Bərdə rayonunun mərkəzi küçə və prospektlərində müəyyənləşdirilmiş yerlərdə orkestrlərin nümunəvi çıxışları olacaq.
 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO