Polisin Suraxanı əməliyyatı - Narkotacirlər saxlanıldı - VİDEO

Polisin Suraxanı əməliyyatı - Narkotacirlər saxlanıldı - VİDEO

Hazırda oxunan: Polisin Suraxanı əməliyyatı - Narkotacirlər saxlanıldı - VİDEO

19901

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, əməliyyat zamanı rayonun inzibati ərazisinə daxil olan kənd və qəsəbələrdə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Süleyman İsmayılov və Firudin Külmanov tutularaq Suraxanı RPİ-yə gətiriliblər. Onların hər birindən 1 büküm narkotik vasitə heroin aşkar olunub.

Bu şəxslər ifadələrində narkotik vasitələri Zığ qəsəbəsində Cəlal adlı şəxsdən aldıqlarını bildiriblər.

Keçirilən əməliyyat zamanı həmin şəxs, əvvəllər məhkum olunmuş Cəlal Abdullayev də saxlanılıb. Onun üzərindən və Zığ qəsəbəsində yaşadığı evdən ümumilikdə 2 kiloqrama yaxın heroin, 240 qram metamfetamin və 39 ədəd satışı qadağan olunan tramadol həbi aşkar edilib.

Bu şəxs narkotik vasitələri onlayn yolla xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə aldığını bildirib.

Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Hüseyn Musayev Nardaran qəsəbəsində saxlanılıb.

Onun üzəridən və idarə etdiyi avtomobildən ümumilikdə 1 kiloqram 360 qram heroin aşkar edilib. Bu şəxs ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Adları sadalanan şəxslər barəsində Suraxanı və Sabunçu Rayon Polis İdarələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO