Yazıb-oxumağı bacarmayan şagirdlər yuxarı sinfə necə GƏLİB çıxırlar? – AÇIQLAMA 

Yazıb-oxumağı bacarmayan şagirdlər yuxarı sinfə necə GƏLİB çıxırlar? – AÇIQLAMA 

Hazırda oxunan: Yazıb-oxumağı bacarmayan şagirdlər yuxarı sinfə necə GƏLİB çıxırlar? – AÇIQLAMA 

198999

Xəbər verrildiyi kimi, 2023-cü ildəki imtahan nəticələrinə əsasən, 9-cu sinif şagirdləri arasında 5 nəfər, 11-ci sinif şagirdləri arasında isə 2 nəfərin yazıb oxumaqda çətinlik çəkdiyi məlum olub. 

Bu barədə “Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd edilib.

Qeyd edək ki, Oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdləri Qazax, Şuşa, Ağstafa, Şahbuz rayonlarının və Bakı şəhərinin hərəsində 1 nəfər, 11-ci sinif şagirdlərindən isə Cəlilabad və Qobustan rayonlarından olub.

Maraqlıdır, bu şagirdlər yuxarı sinfə necə gəlib çıxa biliblər? Yazma- oxuma qabiliyyəti olmayan şagirdlərin sinifdən-sinfə keçirilməsi doğrudurmu?

Təhsil eksperti Elçin Əfəndi Bizim.Media-ya bildirib ki, bəzi şagirdlərin məktəbdə davamiyyət problemi olur, bəziləri valideynləri tərəfindən məcburi əməyə sövq edilir:

“Buna görə də, 9-cu sinfi, hətta 11-ci sinfi bitirmələrinə baxmayaraq, onların oxuyub anlama və yaxud yazı qaydaları ilə bağlı bacarıqları forrmalaşmır. Yaxşı sualdır ki, bəs bu şagirdlər yuxarı sinifə necə gəlib çıxırlar? Əvvəlki dövrdə belə şagirdlər sinifdə saxlanılırdılar, indi isə bu metod belə işləmir. Çünki iki fənndən pis qiymət alıb, digərlərindən normal qiymət alan şagird sinifdən sinfə keçə bilir”. 

Ekspert qeyd edib ki, şagirdin əgər yazı və oxuma qabiliyyəti yoxdursa, məktəb rəhbərliyi mütəmadi olaraq onunla məşğul olmalıdır:

“Hətta qanunvericilikdə də bu, öz əksini belə tapıb ki, şagird hansısa fənndən “2” alıbsa, onun üçün yay məktəbi təşkil olunmalı, aşağı qiymət aldığı fənnlə bağlı bilik və bacarıqları formalaşdırılmalıdır. 

Lakin təəssüf ki, bu istiqamətdə ciddi iş aparılmadığı və şagirdlərdə də maraq olmadığı üçün belə bir vəziyyət formalaşır. Əgər uşağın yazma-oxuma bacarığı yoxdursa, valideyn məktəbə dəvət olunmalı, onunla profilaktik söhbət aparılmalı, Azərrbaycan-dili müəllimi əlavə məşğələlər təşkil etməli və şagirdlə məşğul olmalıdır. Bunun qarşısı ancaq belə alına bilər”, - deyə ekspert əlavə edib.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO