Son günlər sosial şəbəkələrdə yeni müzakirə mövzusu ortaya çıxıb. Belə ki, bəzi ictimai şəxslər və vətəndaşlar süni mayalanmada donorun qadının əri olub-olmadığının bir çox hallarda bilinmədiyini deyirlər.
Maraqlıdır, prosesə necə nəzarət olunur? Səsləndirilən fikirlərin həqiqət payı varmı?
Uzman cərrah, Mama - ginekoloq Olcay Turgut mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
O, məsələni belə izah edib:
“Əvvəlcə süni mayalanmanın nə olduğunu anlamalıyıq. Bu proses qadının yumurta hüceyrəsi ilə kişinin hüceyrəsinin birləşməməsi və ya birləşdikdən sonra yaranan embrionun uşaqlığa daşınmaması nəticəsində ortaya çıxır. Belə olan halda biz qadından iynələr vasitəsilə götürdüyümüz mayenin içərisindən çıxan yumurtaları toplayırıq. Buna süni mayalanma deyilir. Daha sonra embrioloqlarımız laboratoriyada, mikroskop altında çıxarılan yumurtaları qadının həyat yoldaşından alınan sperma hüceyrələri ilə birləşdirirlər.
Laboratoriyada 3-5 gün ərzində mayalanaraq embrionlar formalaşır. Yaranan yeni embrionları qadının uşaqlıq yolundan uşaqlıq boşluğuna (endometrium) yerləşdiririk. Həmin embrionların uşaqlıq boşluğunda qalması üçün implantasiyanı gözləyirik. Bu proses həmişə uğurlu olacaq deyə bir reallıq yoxdur. Bunu xəstələrə də izah edirik.
Kişidəki hüceyrə çölə çıxa bilmirsə, 2 səbəb var: Ya sperma hüceyrəsi yaranmır, yaxud da yaranır, çölə çıxa bilmir. Belə olduğu təqdirdə biz əməliyyatla kişinin cinsi orqanından həmin hüceyrələri çıxarırıq. Oradan alınan hüceyrələr ilə qadından alınan yumurtalar birləşdirilir. Süni mayalanmanın da önəmi buradadır. Sperma hüceyrələri çölə çıxa bilmədiyi təqdirdə normal hamiləlik olmur”.
Mütəxəssis süni mayalanma zamanı başqa kişilərdən istifadə olunmaıs ilə bağlı iddialara belə cavablandırıb:
“Uşaqla bağlı valideynlərin beynində qaranlıq sual qala bilər ki, “görəsən, bu uşaq məndəndir, ya yox?” Bunun cavabını tapmaq çox asandır. Uşaq dünyaya gəldikdən sonra ona genetik test etdirmək olar. Bu, çox bəsit və ucuz bir prosesdir. Uşaq ananın qarnında olduğu halda da alınan dölyanı mayedən genetik analizə baxıla bilər. Amma qeyd edim ki, bu normalda reallaşdırılan proses deyil, artıq fərqli bir istiqamətdir. İstisna hallarda, ciddi psixoloji narahatlığı olan adamlar bu üsula əl ata bilər.
Fikrimcə, həkimlər şüurlu şəkildə pis niyyətlə yanlışlığa yol verməz. Çünki onlar illərdir bu sahədə çalışırlar, əziyyət çəkirlər. Bu riski gözə ala bilməzlər. Proses çox dəqiqliklə həyata keçirilir. Cütlüklərin bu məsələdə narahat olmalarına ehtiyac yoxdur”.
Məhərrəm Əliyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:00 / 26.06.2024
Süni mayalanmada donor BAŞQA KİŞİLƏR olur? – Məşhur həkimdən iddialara CAVAB
Hazırda oxunan: Süni mayalanmada donor BAŞQA KİŞİLƏR olur? – Məşhur həkimdən iddialara CAVAB
Hazırda oxunan: Süni mayalanmada donor BAŞQA KİŞİLƏR olur? – Məşhur həkimdən iddialara CAVAB
198970
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.