Əhməddən məhkəmədə qəribə hərəkətlər – VİDEO  

Əhməddən məhkəmədə qəribə hərəkətlər – VİDEO  

Hazırda oxunan: Əhməddən məhkəmədə qəribə hərəkətlər – VİDEO  

198932

Xəbər verdiyimiz kimi, ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədov məhkəməsi keçirilir. 

Bizim.Media "unikal.az"a istinadən xəbər verir ki, Əhməd Əhmədov məhkəmədə etdiyi qəribə hərəkətlərlə diqqət çəkib. 

Qeyd edək ki, bu ilin fevral ayında Əhməd Əhmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi. 

Xatırladaq ki, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO