Azərbaycanda taksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 7 mini keçib.
Bizim.Media bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) istinadən xəbər verir.
"Təlim keçən sürücülərin sayı isə 24 mini keçib", - deyə agentlik bəyan edib.
Xatırladaq ki, bu il martın 28-də Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib. Tələbə əsasən, sürücülər taksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) almalıdır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:06 / 25.06.2024
Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı 7 mini ÖTÜB
Hazırda oxunan: Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı 7 mini ÖTÜB
Hazırda oxunan: Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı 7 mini ÖTÜB
198925
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.